Moldovada seçicilərin 34 faizi səs verib – SON STATİSTİKA

Moldovada seçicilərin 34 faizi səs verib – SON STATİSTİKA

Hazırda oxunan: Moldovada seçicilərin 34 faizi səs verib – SON STATİSTİKA

28226

Moldovada növbədənkənar parlament seçkiləri baş tutmuş hesab olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Moldova Mərkəzi Seçki Komissiyasının məlumatında qeyd olunur.

Belə ki, yerli vaxtla saat 16:00-a olan məlumata görə, seçicilərin 34 faizə yaxını səsvermədə iştirak edib. 1 milyon seçici öz səsvermə hüququndan istifadə edib, bunlardan 134 mini xaricdə olan Moldova vətəndaşlarıdır. Səsvermədə iştirak edənlərin 46,95 faizi kişilər, 53,05 faizini isə qadınlar təşkil edib. Seçicilərin ən aktiv yaş kateqoriyası 56-70 yaş arasıdır.

Qeyd edək ki, Moldovada erkən parlament seçkilərində 20 partiya, iki siyasi blok və bir müstəqil namizəd iştirak edir.

Yerli rəy sorğularına görə, respondentlərin 33 faizi Moldova Prezidenti Maya Sandunun rəhbəri olduğu “Fəaliyyət və Həmrəylik” partiyasına, 19 faizi isə sabiq prezident İqor Dodonun sədri olduğu “Sosialistlər” partiyasına səs verib.

Onu da xatırladaq ki, parlament buraxılanadək “Fəaliyyət və Həmrəylik” partiyası Moldova parlamentində 15 mandata sahib idi. Ən çox deputat yeri isə sosialistlərin əlində idi. Onlar 37 mandatla təmsil olunurdular.

Səsvermə yerli vaxtla saat 21:00-da başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO