Hulusi Akar: “Yunanıstan Türkiyə ilə bağlı təxribat xarakterli açıqlamalardan imtina etməlidir”

Hulusi Akar: “Yunanıstan Türkiyə ilə bağlı təxribat xarakterli açıqlamalardan imtina etməlidir”

Hazırda oxunan: Hulusi Akar: “Yunanıstan Türkiyə ilə bağlı təxribat xarakterli açıqlamalardan imtina etməlidir”

28219

Türkiyənin Milli Müdafiə Naziri Hulusi Akar Yunan həmkarı Nikolaos Panayotopulosun antitürk açıqlamalarını qınayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Anadolu agentliyi yayıb.

Nazir verdiyi açıqlamasında “Yunanıstan gərginliyi artırmağa çalışır, qanunu tanımırmvə güzəşt mövqeyindən çıxış etmir, vəziyyəti gərginləşdirir” deyib.

Akar vurğulayıb ki, Yunan tərəf Afinanın imzaladığı müqavilələrə belə hörmət etmir.

Daha əvvəl, panel müzakirələrində çıxış edən yunanıstanlı nazir Ankaranın hərəkətlərini beynəlxalq hüquqa zidd adlandırıb.

Akar nazirin açıqlamalarının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Yunanistan Baş naziri Kiryakos Mitsotakis arasındakı son konstruktiv danışıqlara zidd olduğunu deyib.

H. Akarın fikrincə, iki ölkə arasında əlverişli atmosfer yaratmaq istəyi qarşılıqlı olmalıdır:

“Türk və Yunan xalqlarının yaxınlığını nəzərə alaraq təxribat xarakterli bəyanatlardan və hərəkətlərdən çəkinməlidirlər.

Ankara öz növbəsində beynəlxalq hüquqa, şəffaflığa və mehriban qonşuluq münasibətlərinə riayət etməkdə israrlıdır. Qonşu Yunanıstan üçün sülh və sabitliyə nail olmağın ən etibarlı yolu, ekspansionist yanaşmadan ən qısa müddətdə imtina etmək və barışmaz və təxribat xarakterli bəyanatlara və hərəkətlərə son qoymaqdır ”.

H. Akar Türkiyənin heç bir dövlətin ərazisinə iddia qaldırmadığını təkrarlayıb: "Bununla belə, Ankara Kipr suları da daxil olmaqla ərazi sularında hüquq və mənafeləri qoruya bilməkdə qətiyyətlidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO