Netanyahu 12 ildən sonra İsrail Baş nazirinin iqamətgahından ayrıldı - VİDEO

Netanyahu 12 ildən sonra İsrail Baş nazirinin iqamətgahından ayrıldı - VİDEO

Hazırda oxunan: Netanyahu 12 ildən sonra İsrail Baş nazirinin iqamətgahından ayrıldı - VİDEO

28196

İsrailin keçmiş baş naziri Binyamin Netanyahu bazar günü gecə ailəsi ilə birlikdə Balfur küçəsindəki Baş nazirin rəsmi iqamətgahını tərk edib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “The Jerusalem Post” nəşri keçmiş baş nazirin ailəsinə yaxın mənbələrə istinadən yayıb.

İsrail mediası iqamətgahın yaxınlığında Netanyahu ailəsinin kğçürülməsinə yardım edən yük maşınlarını və qara rəngli Audi avtomobillərini görüblər.

Netanyahu vəzifəsini itirəndən təqribən bir ay sonra iqamətgahı boşaldıb.

Razılığa əsasən, o, 10 iyul ərəfəsində iqamətgahı tərk etməli idi.

“The Jerusalem Post” nəşri Bennet ailəsinin uşaqların məktəblərini dəyişdirməmələri üçün iqamətgaha köçməyi planlaşdırmadığını qeyd edib.

Xatırladaq ki, İsraildə iyun ayında Bennetin rəhbərlik etdiyi yeni hökumət təsdiqlənib.

Koalisiya müqaviləsi çərçivəsində Bennet iki il baş nazir vəzifəsini icra edəcək və daha sonra rotasiya qaydalarına görə bu vəzifəni “Yeş Atid” partiyasına veriləcək.

Qeyd edək ki, Binjamin Netanyahu İsrail hökumətinə 12 il rəhbərlik edib. 

Bizim.Media


 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO