Filippində qəzaya düşən hərbi təyyarənin “qara qutu”su tapıldı

Filippində qəzaya düşən hərbi təyyarənin “qara qutu”su tapıldı

Hazırda oxunan: Filippində qəzaya düşən hərbi təyyarənin “qara qutu”su tapıldı

28184

Filippində qəzaya uğramış hərbi təyyarənin “qara qutusu” tapılaraq, analiz üçün ABŞ-a göndərilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya Filippin KİV-lərində yayılıb.

Mənbə bildirir ki, bu analizin təqribən bir ay davam edəcəyi gözlənilir. Filippin hərbi-hava qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Meynard Marianonun bildirdiyinə görə, analiz ötən həftə baş vermiş qəzanın səbəblərini araşdırmağa imkan yaradacaq. Xatırladaq ki, qəza zamanı azı 50 nəfər həlak olub.

Qeyd edək ki, “qara qutu”da diktofon və uçuş məlumatlarını qeydə alan aparat var və bunlar qəzanın necə baş verdiyini aydınlaşdırmağa yardım edəcək.

M.Mariano əlavə edib ki, bütün hissələri toplanan “C-130” təyyarəsi Maktanda hərbçilər tərəfindən bərpa olunacaq.

Bildirilir ki, qəza zamanı həlak olan 12 pilotdan 11-nin cəsədi artıq ailələrinə təqdim edilib. Daha bir cəsədin yoxlamaları davam edir və protokol başa çatdıqdan sonra o da ailəsinə veriləcək.

Filippin silahlı qüvvələrinin qərargah rəisi general Sirilito Sobejana isə ölümlə nəticələnən qəzadan sonra bütün hərbi texnikanın tam yoxlanılmasını əmr edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO