Duz mədə xərçəngi YARADIR – Həkimdən SOS

Duz mədə xərçəngi YARADIR – Həkimdən SOS

Hazırda oxunan: Duz mədə xərçəngi YARADIR – Həkimdən SOS

28095

Süfrəmizin tələbatlı ədviyyatından hesab olunan duzun insan orqanizmə yeni zərəri ortaya çıxıb.

Bizim.Media Rusiya mətbuatına istinədən xəbər verir ki, gündəlik normadan çox duz qəbulu təhlükəli xəstəliklərə, xüsusilə mədə xərçənginə səbəb olur.
 

MÖVZU İLƏ BAĞLI:

Ev şəraitində dişləri ağartmağın 8 ASAN ÜSULU 


Bu xəbərdarlıqla həkim Aleksandr Myasnikov çıxış edib.

Həkimin sözlərinə görə, ləzzətli yeməklərin tərkibində çox miqdarda duz, şəkər, ədviyyat və yağ olur. Gündə normadan iki dəfə çox olan 10-12 qram duz yemək sağlamlıq üçün zərərlidir.

Myasnikov təbii qidanın daha faydalı olduğunu və orqanizmə qiymətli maddələr verdiyini vurğulayıb.

O, bol tərəvəz, meyvə, taxıl, ət, quş əti və balıqdan istifadəni tövsiyə edib. Eyni zamanda hər kəsi gündə ən az yarım kiloqram tərəvəz və meyvə istehlak etməyə çağırıb. Həkim təbii şəraitdə və bölgələrdə yetişdirilən məhsullara üstünlük verilməsini məsləhət görüb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO