İran rejiminə 32 müxalif şəxs, o cümlədən jurnalistlər, sabiq siyasi məhbuslar, idmançılar, hüquqşünaslar və müxalif siyasi fəallar İsrailin yeni baş naziri Naftali Bennetə birgə məktub yazıb.
Bizim.Media "Azad İran" teleqram kanalına istinadla xəbər verir ki, məktubu imzalayanlar İran rejiminin atom bombası istehsal etməyə yaxın olması barədə xəbərdarlıq edərək, baş nazir Benneti İsrailin əvvəlki hökumətinin İrana qarşı kəskin siyasətini davam etdirməyə çağırıblar.
“İsrailin varlığını təhdid edən, yəhudilərə qarşı nifrət hissinin yayılmasının əsas amili olan İran rejimi atom bombasına yiyələnməyə yaxındır.
Hesab edirik ki, xalqlarımızın səadəti, yəni iranlıların demokratik taleyi, eləcə də dünya yəhudilərinin və İsrail vətəndaşlarının uzunmüddətli əmniyəti İrandakı teokratik rejimin devrilməsindən asılıdır.
Bizim isə sizdən istəyimiz budur ki, İsrailin bu rejimin terrorçu qüvvələrini, o cümlədən “Sepah”ı zəiflətməsi ilə bağlı yürütdüyü əvvəlki düzgün siyasətini daha qətiyyətli şəkildə davam etdirəsiniz. Bizim həm də İsrailin yeni hökumətindən gözləntimiz odur ki, İran xalqının İslam Cumhuriyyəti rejiminə qarşı etirazlarına və İranda demokratik bir hakimiyyətin bərqərar olunmasına dəstək versin”, -deyə iranlı müxaliflərin İsrailin baş naziri Naftali Bennetə yazdığı birgə məktubunda bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:02 / 09.07.2021
İranlılar İsrailin baş nazirinə məktub yazdı: “İrana qarşı kəskin siyasəti davam etdirin”
Hazırda oxunan: İranlılar İsrailin baş nazirinə məktub yazdı: “İrana qarşı kəskin siyasəti davam etdirin”
Hazırda oxunan: İranlılar İsrailin baş nazirinə məktub yazdı: “İrana qarşı kəskin siyasəti davam etdirin”
28008
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.