Volqa çayı boyunca Xəzər dənizinə və geri – Azərbaycan, Türkmənistan, Qazaxıstan və İrana yan almaqla kruiz marşrutunun yaradılması təklif edilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat Rusiya mətbuatına yer alıb.
Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Federasiya Şurasına Xəzər dənizində beynəlxalq kruiz turizminin artmasını nəzərə alınaraq Volqa çayının inkişafı üçün milli strategiyanın qəbul edilməsi təklifini göndərib.
Məlumatda qeyd olunur ki, bölgənin bu mövzuya marağı təsadüfi deyil. Belə ki, Həştərxan yeni beynəlxalq kruiz marşrutları üçün başlanğıc nöqtəsi olması zəruri hesab olunur.
"İlk növbədə, söhbət Volqa boyunca Xəzər dənizinə və geri – dörd Xəzəryanı ölkəyə (Azərbaycan, Türkmənistan, Qazaxıstan və İran) yan almaqla su səyahətindən gedir", deyə məlumatda bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:55 / 08.07.2021
TƏKLİF: Xəzər dənizində kruiz marşrutu yaradılsın
Hazırda oxunan: TƏKLİF: Xəzər dənizində kruiz marşrutu yaradılsın
Hazırda oxunan: TƏKLİF: Xəzər dənizində kruiz marşrutu yaradılsın
27904
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.