Los Angeles polisi 1,2 milyard dollarlıq marixuananı ələ keçirdi - Karteldə ermənilər də var  

Los Angeles polisi 1,2 milyard dollarlıq marixuananı ələ keçirdi - Karteldə ermənilər də var  

Hazırda oxunan: Los Angeles polisi 1,2 milyard dollarlıq marixuananı ələ keçirdi - Karteldə ermənilər də var  

27901

Los-Anceles polisi 16 ton marixuana ələ keçirib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı FOX televiziyasının Los-Ancelesdəki bürosu yayıb. 

Los-Anceles şerifi Aleks Villanueva jurnalistlərə açıqlamasında narkotik ticarəti əleyhinə aparılan bu əməliyyatın bölgə tarixində ən böyük əməliyyatlardan biri olduğunu söyləyib. 

Müsadirə edilmiş narkotikin ümumi dəyəri təxminən 1,2 milyard dollar olub. 

Əməliyyat son illərdə marixuana əkinlərinin artdığı Antilop Vadisi bölgəsində aparılıb. Nəşr qeyd edir ki, onlar Meksika, Asiya və erməni qruplarından olan bir narkotik karteli tərəfindən “idarə olunub”. 

"Kartellərə və qanun pozucularına demək istəyirik: günləriniz bitib və sizin arxanızca gəlirik”, deyə şerif Villanueva qeyd edib. 

O, əlavə edib ki, qanunsuz miqrantlar marixuananın yetişdirilməsinə cəlb olunub. 

2020-ci ildə polis 500 qanunsuz əkin sahəsindən təxminən bir ton, bu il isə təxminən 16 ton marixuana ələ keçirib. Kaliforniyanın isti iqlimi səbəbindən narkobaranlar ildə dörd dəfə məhsul toplayırlar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO