Tacikistan-Qırğızıstan sərhədində yenidən ATIŞMA: Yaralananlar var 

Tacikistan-Qırğızıstan sərhədində yenidən ATIŞMA: Yaralananlar var 

Hazırda oxunan: Tacikistan-Qırğızıstan sərhədində yenidən ATIŞMA: Yaralananlar var 

27898

Qırğızıstanın dörd vətəndaşı Tacikistan sərhədini qanunsuz keçib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Sputnik Tacikistan” nəşri ölkənin Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzinə istinadən yayıb. 

Bildirilir ki, 8 iyul yerli vaxtla saat 14: 55-də dörd qırğız sərhədçi Suğd bölgəsində Tacikistanın dövlət sərhədini qanunsuz keçib.  

Qırğızıstan hərbçiləri mülki və hərbi geyimdə olublar, Kalaşnikov avtomatları ilə silahlanıblar. İlkin məlumatlara görə, qırğızlar Tacikistandan ərazilərinə doqquz at keçirmək niyyətində olublar. 

Agentlik qeyd edir ki, Qırğızıstan sərhədçiləri taciklərə atəş açıblar. Cavab atəşində iki Qırğızıstan sərhədçisi yaralanıb. Tacikistan və Qırğızıstandan məsul şəxslər hadisə yerinə gəliblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO