Britaniya qoşunlarının çoxu artıq Əfqanıstan ərazisini tərk edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı "The Guardian" nəşri Baş nazir Boris Consona istinadən yayıb.
O, parlamentin İcmalar Palatasında çıxışı zamanı deyib ki, qoşunların geri çəkilmə proqramını açıqlaya bilməyəcək.
“NATO-nun Əfqanıstandakı missiyasında xidmət edən bütün britaniyalı hərbçilər evlərinə dönürlər” deyən Conson terror təhdidlərinə qarşı krallığın bundan sonra da Əfqanıstanı dəstəkləməyə davam edəcəyini söyləyib. Baş nazir əlavə edib ki, Əfqanıstan dövlətindəki xarici hərbi mövcudluğun heç vaxt uzunmüddətli olması planlaşdırılmayıb. Onun sözlərinə görə, ABŞ və NATO üçün söhbət yalnız kontingentlərinin geri çəkilmə vaxtından gedir.
O, Britaniyanın Əfqanıstandakı hərbi əməliyyatları 2014-cü ildə tamamladığını xatırladıb. Daha sonra britaniyalı qüvvələrin əhəmiyyətli hissəsi ölkəni tərk edib və orada cəmi 750 əsgər qalıb.
5 iyulda “The Telegraph” qəzeti mənbələrinə istinadən yazıb ki, Əfqanıstandakı xarici qoşunlar ölkədən çıxarıldıqdan sonra Böyük Britaniyanın kiçik hərbi kontingenti orada qalacaq və əfqan həmkarlarına təlim keçəcək.
Britaniyanın müdafiə naziri Ben Uolles qeyd edib ki, xarici koalisiya qüvvələri Əfqanıstandan çıxandan sonra bu ölkədə terrorizm artacaq.
Razılaşmalara görə, Amerika qoşunları 11 sentyabr tarixinə qədər Əfqanıstandan çıxmalıdır. ABŞ-ın yeni prezidenti Co Bayden Taliban ilə müqavilələrə yenidən baxmaq niyyətində olduğunu açıqlayıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:28 / 08.07.2021
“Britaniya hərbçiləri Əfqanıstandan nə vaxt çıxacaq?” – Conson açıqladı
Hazırda oxunan: “Britaniya hərbçiləri Əfqanıstandan nə vaxt çıxacaq?” – Conson açıqladı
Hazırda oxunan: “Britaniya hərbçiləri Əfqanıstandan nə vaxt çıxacaq?” – Conson açıqladı
27897
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.