Bankda 2 nəfəri girov götürən şəxs tutuldu – ANBAAN VİDEO 

Bankda 2 nəfəri girov götürən şəxs tutuldu – ANBAAN VİDEO 

Hazırda oxunan: Bankda 2 nəfəri girov götürən şəxs tutuldu – ANBAAN VİDEO 

27692

Rusiya hüquq-mühafizə orqanları Tümen vilayətində Sberbankın filialını ələ keçirən şəxsi saxlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi kredit təşkilatına istinadən yayıb.

Mənbə əməliyyat zamanı itkinin olmadığını yazıb. 

Bundan əvvəl “təhlükəli obyekt” ilə hədələyən və iki nəfəri girov saxlayan naməlum şəxsin pul tələb etdiyi bildirilmişdi.

Hadisə yaşayış binasının birinci mərtəbəsindəki ofisdə baş verib. Sakinlər təxliyə edilib, bina mühasirəyə alınıb.

Təsdiqlənməmiş məlumatlara görə, həmin şəxs 32 yaşındadır, psixiatriya klinikasında qeydiyyata alınıb.

Yerli KİV-lərin verdiyi məlumata görə, o, 15 milyon rubl tələb edib və yanında kustar partlayıcı olub. 

Bu məlumat hələki rəsmi təsdiqlənməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO