SON DƏQİQƏ: Kamçatkada An-26 qəzasında bütün sərnişinlər ölüb

SON DƏQİQƏ: Kamçatkada An-26 qəzasında bütün sərnişinlər ölüb

Hazırda oxunan: SON DƏQİQƏ: Kamçatkada An-26 qəzasında bütün sərnişinlər ölüb

27571

Kamçatkada An-26 təyyarəsinin qəzaya uğraması nəticəsində 28 nəfərin hamısı - 22 sərnişin və 6 ekipaj üzvü həlak olub. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı RT nəşri Sanitar Aviasiyaya istinadən yayıb.

Daha əvvəl Petropavlovsk-Kamçatsk - Palana reysini həyata keçirən An-26 sərnişin təyyarəsinin iyulun 6-da səhər saatlarında təyin olunmuş rabitə seansına çıxmadığı bildirilmişdi.

Palana qəsəbəsinədək olan 9 kilometrlik ərazidə eniş zamanı təyyarə ilə əlaqə kəsilib. Təyyarə, ehtimal ki, sahil qayasına çırpılıb, dağıntıların bir hissəsi dənizə düşüb. An-26 qəzasının mümkün səbəbi güclü külək hesab edilir. 

Xüsusi komissiya yaradılıb, hazırda "qaynar xətt" işləyir. Bölgə rəhbərliyi təyyarədəki sərnişinlərin tam siyahısını açıqlayıb. 

Təyyarələrin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işi başlanıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO