İsrailin milli təhlükəsizlik naziri HƏMAS üzərində qələbəni məsciddə qeyd etdi - VİDEO

İsrailin milli təhlükəsizlik naziri HƏMAS üzərində qələbəni məsciddə qeyd etdi - VİDEO

Hazırda oxunan: İsrailin milli təhlükəsizlik naziri HƏMAS üzərində qələbəni məsciddə qeyd etdi - VİDEO

274584

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir yəhudilərin Sukot bayramı ərəfəsində bir qrup israilli ilə birlikdə Qüdsdə yerləşən Əl-Əqsa məscidinin ərazisinə daxil olub.

O, burada dua edib və talmud ayinləri icra edib.

Bizim.Media xəbər verir ki, bu barədə Jerusalem Post yazıb.

Nazirin sözlərinə görə, o, “İsrailin qələbəsi, HƏMAS-ın məhv edilməsi və girovların qaytarılması üçün” dua edib. 

“Biz Məbəd dağının sahibləriyik”, deyə Ben-Qvir əlavə edib.
 

Qeyd edək ki, 1967-ci il Altıgünlük müharibədən sonra İsrail Şərqi Qüdsə, o cümlədən Məbəd dağına nəzarəti ələ keçirsə də, dini həyatın idarəsini İordaniyanın İslam Vəqfinə buraxmışdı.


Mövcud status-kvoya əsasən, müsəlmanlar burada sərbəst şəkildə ibadət edə bilirlər, qeyri-müsəlmanlar (o cümlədən yəhudilər) isə yalnız müəyyən saatlarda əraziyə daxil ola və ibadət edə bilər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO