İsveç Elmlər Akademiyası kimya üzrə Nobel mükafatını Susumu Kitagava (Kyoto Universiteti, Yaponiya), Riçard Robson (Melburn Universiteti, Avstraliya) və Omar Yaği (Berklidəki Kaliforniya Universiteti, ABŞ) arasında bölüşdürüb.
Bizim.Media “nobelprize.org” saytına istinadən xəbər verir ki, onlar metal-orqanik çərçivələrin (MOF) inkişafına görə təltif olunublar.
Bu xüsusi kristal quruluşlar qazların tutulması, karbon qazının saxlanması, toksik maddələrin zərərsizləşdirilməsi və suyun səhradan çıxarılması kimi tətbiqlərə imkan yaradır.
Komitənin sədri Hayner Linke bildirib ki, MOF-lar “tamamilə yeni funksiyalara malik xüsusi materialların hazırlanmasında böyük potensiala malikdir.
Bizim.Media