Qırğızıstan Prezidenti Sadır Japarov 2020-ci ilin oktyabr hadisələri ilə bağlı xatirələrini yazacağını və bunun bestseller olacağını açıqlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Sputnik Qırğızıstan” nəşrində yer alıb.
Japarov bildirib ki, hadisələri ətraflı şəkildə dərhal danışsa, çox vaxt alacaq, buna görə də sonradan xatirələrini yazmağı planlaşdırır.
O, xatirə kitabının “Siyasətdə 10 il” adlı əvvəlki kitabının davamı olacağını və bu kitabda 2015-ci ildən etibarən baş verən hadisələrin, o cümlədən 3,5 il müddətində həbsdə keçirdiyi zamanın təcrübələrinin də əks olunacağını qeyd edib.
Prezident əlavə edib ki, oxucular bu kitabda çox maraqlı və heyrətamiz faktlarla tanış olacaqlar və kitabın bestseller olacağına əmin olduğunu vurğulayıb.
Qırğızıstan Prezidenti Sadır Japarov həmçinin 2020-ci ilin oktyabr hadisələrinə də toxunub.
O, bildirib ki, əgər 2020-ci ildə hakimiyyət dəyişməsəydi, yalnız Allah bilir, bu gün Qırğızıstan müstəqil dövlət olardı, yoxsa yox.
Japarov bu fikirləri “Kabar” agentliyinə 2020-ci ilin oktyabr inqilabının beşinci ildönümü münasibətilə verdiyi müsahibədə səsləndirib.
Bizim.Media