HƏMAS təkzib etdi: İsrailə qoşunlarını Qəzzadan çıxarmaq tələbi qoyulmayıb

HƏMAS təkzib etdi: İsrailə qoşunlarını Qəzzadan çıxarmaq tələbi qoyulmayıb

Hazırda oxunan: HƏMAS təkzib etdi: İsrailə qoşunlarını Qəzzadan çıxarmaq tələbi qoyulmayıb

274450

HƏMAS İsrail qoşunlarının Qəzzadan çıxarılmasını tələb etdiyinə dair məlumatı təkzib edib.

Bizim.Media xəbər verir ki, HƏMAS-ın rəsmi nümayəndəsi İzzət ər-Rişq bildirib ki, Fələstin hərəkatının nümayəndə heyətinin girov mübadiləsi başlanmazdan əvvəl İsrail qoşunlarının Qəzza zolağından çıxarılmasını tələb etdiyi barədə yayılan məlumat həqiqətə uyğun deyil.

“Sky News Arabia telekanalının mənbələrə istinadla yaydığı, Misirdə davam edən danışıqlarda hərəkatın mövqeyi ilə bağlı xəbərlər səhvdir və çaşdırıcı xarakter daşıyır,” — deyə onun Telegram kanalında dərc olunan bəyanatında qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO