Avropa İttifaqında bəzi diplomatlar Fransa prezidenti Emmanuel Makron üçün “siyasi nekroloq” hazırlamağa başlayıblar. Buna səbəb ölkənin baş naziri Sebastyan Lekornyunun istefası və hökumətdəki ardıcıl dəyişikliklərdir.
Bizim.Media xəbər verir ki, bu barədə Politico yazıb.
“NATO və Aİ-də bəzi diplomatlar artıq qapalı şəkildə Makronun siyasi nekroloqunu yazırlar”, – deyə nəşr bildirir.
Onların sözlərinə görə, 2017-ci ildə hakimiyyətə gələrək Fransa siyasətində stereotipləri sındıran Makron indi “axsaq ördəyə” çevrilib və onun təsiri “sürətlə azalır”.
Xatırladaq ki, Lekornyu son üç ildə istefa verən beşinci Fransa baş naziri olub.
Hökumətdəki tez-tez baş verən dəyişikliklər yalnız Fransanın daxili siyasətinə deyil, həm də Avropa İttifaqına təsir göstərir. Politico qeyd edir ki, Fransa hökumətindəki istefalar Aİ büdcəsinin müzakirəsini çətinləşdirib. Əgər Fransada mümkün növbədənkənar parlament seçkiləri nəticəsində müxalifət hakimiyyətə gələrsə, bu proses daha da uzana bilər.
Brüsseldə hesab edirlər ki, Fransadakı siyasi “qarışıqlıq” bir çox ümumavropa layihələrinə də zərbə vura bilər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:18 / 07.10.2025
Politico: Avropa İttifaqında Makron üçün “siyasi nekroloq” hazırlanır
Hazırda oxunan: Politico: Avropa İttifaqında Makron üçün “siyasi nekroloq” hazırlanır
Hazırda oxunan: Politico: Avropa İttifaqında Makron üçün “siyasi nekroloq” hazırlanır
274387
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.