Bu qadın görün hansı yola əl atdı? – Nəticəni özünüz görün – FOTO

Bu qadın görün hansı yola əl atdı? – Nəticəni özünüz görün – FOTO

Hazırda oxunan: Bu qadın görün hansı yola əl atdı? – Nəticəni özünüz görün – FOTO

274375

Serbiyalı model Nataşa Kroun dünyanın ən böyük ombasına sahib olmaq arzusu ilə indiyədək 100 min funt sterlinqdən (təxminən 163 min AZN) çox pul xərcləyib.

Bizim.Media xəbər verir ki, 29 yaşlı Kroun YouTube-da yayımlanan “Hooked on the Look” proqramında keçirdiyi estetik əməliyyatlardan və həyatındakı dəyişikliklərdən danışıb.

O, indiyədək beş dəfə Braziliya Omba Qaldırma (BBL) əməliyyatı keçirib. Bu prosedur zamanı qarın, bel və ya ayaqlardan götürülən yağlar ombaya yeridilərək daha iri və yumru forma yaradılır. Lakin bu əməliyyatlar həm çox bahalıdır, həm də həyati təhlükə daşıyır. Dünyada bu əməliyyatdan sonra ölən qadınlar olub.

Nataşa deyib:

"17 yaşımda çox böyük ombalı bir qız görmüşdüm. O an qərar verdim:Məndə də elə olmalıdır. İndiyədək ombama 45 kilo yağ əlavə edilib. İnsanda hər şey böyük olmalıdır."

Model bildirib ki, əməliyyatlara davam edəcək:

"Əməliyyatları sevirəm. Dayanmayacağam. Ombamın ölçüsü 100 inçi (təxminən 2,5 metr) keçənədək davam edəcəyəm."

O, yalnız BBL əməliyyatları ilə kifayətlənməyib — döş implantları, botoks və dolğu prosedurları da etdirib.

Nataşa hesab edir ki, “Ombalar nə qədər böyük olsa, bir o qədər gözəldir” və sağlamlığı barədə narahat deyil:

"Sağlamlığım üçün narahat deyiləm. Özümü çox yaxşı hiss edirəm."

Natasha görünüşünə görə insanların reaksiyalarını da bölüşüb:

"Bədən formam kişiləri qorxudur. Çölə çıxdığımda hər kəs dönüb baxır. Sosial şəbəkələrdə də pis şərhlər yazırlar, amma bu mənə təsir etmir."

Bununla belə, o, nəhəng ombanın gündəlik həyatda çətinliklər yaratdığını etiraf edib:

"Təyyarədə iki yer almalı oluram. Restoranlarda gəzərkən insanlara dəyirəm. Bəzən həqiqətən çətin olur."

Pərəstişkarları şoka düşüb:

“Təbii halı daha gözəl idi”

YouTube izləyiciləri Nataşanın əməliyyatlardan əvvəlki fotolarını görəndə təəccübləniblər.

Çoxları onun əməliyyatsız halını daha gözəl hesab edib:

“Təbii halı möhtəşəm idi, kaş bunu bilsəydi.”

“Əməliyyatdan əvvəl daha gözəl idi.”

“İnanılmaz dərəcədə gözəl idi.”

“Həkimlərin lisenziyasını ləğv etməlidirlər, bu dəli işdir!”

Boyu 1,85 metr olan Nataşa özünü “Amazon qadını” kimi tanıdır. O, 17 yaşında böyük ombalara sahib olmağı arzulayıb, üç il sonra isə estetik əməliyyatlara başlayıb.

Bu günə qədər 150 min dollardan çox pul xərclədiyini deyən model sosial şəbəkələrdə “dünyanın ən böyük ombalı qadını” kimi tanınır.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO