Fransa baş nazirinin iqamətgahı yaxınlığında GÜCLÜ PARTLAYIŞ

Fransa baş nazirinin iqamətgahı yaxınlığında GÜCLÜ PARTLAYIŞ

Hazırda oxunan: Fransa baş nazirinin iqamətgahı yaxınlığında GÜCLÜ PARTLAYIŞ

274372

Parisdə baş nazirin Matinon sarayı adlandırılan iqamətgahı yaxınlığında avtomobil yanıb və partlayış olub.

Bizim.Media  xəbər verir ki, bu barədə Parisien nəşri yazıb.

Hadisə saat 09:30 radələrində (Bakı vaxtı ilə 11:30) baş verib. Həmin vaxt istefa vermiş baş nazir Sebasten Lekornu Mərkəzi blokdan olan siyasətçilərlə görüş keçirməli idi.

Yanmış nəqliyyat vasitəsinin yük maşını olduğu bildirilib. Polisin məlumatına görə, maşının içində qaz balonları olub.

Lakin nəticədə balonlar partlamayıb. Paris yanğınsöndürmə xidməti açıqlayıb ki, partlayış səsi qaz balonlarından deyil, kiçik aerozol balonlarının alışmasından qaynaqlanıb.

Hadisə zamanı sıx tüstü yaranıb, ərazi polis tərəfindən nəzarətə götürülüb. Alov yaxınlıqdakı binalara yayılmayıb və xəsarət alan olmayıb.
 

Xatırladaq ki, 6 oktyabrda Yelisey sarayı Sebasten Lekornunun istefa ərizəsini təqdim etdiyini və prezident Emmanuel Makronun bunu qəbul etdiyini açıqlamışdı. Beləliklə, Lekornunun baş nazir postunda qalma müddəti Fransa tarixində ən qısa olub. O, vəzifəni cəmi bir aydan da az müddət icra edib.


Lekornu 9 sentyabrda baş nazir təyin edilmişdi. Bu qərar, parlamentin əvvəlki baş nazir Fransua Bayrunun hökumətinə etimadsızlıq göstərməsindən sonra qəbul olunmuşdu. Bayrunun təklif etdiyi iqtisadi islahat paketi sosial xərclərin azaldılmasını nəzərdə tuturdu.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO