Fransa Prezidenti Emmanuel Makron ölkədə davam edən siyasi böhran fonunda istefa verməyəcək.
Bizim.Media xəbər verir ki, bu barədə bərabərlik və diskriminasiyaya qarşı mübarizə üzrə müvəqqəti nazir Avrora Berje TF1 telekanalına açıqlamasında bildirib.
“Prezident nə istefa verməlidir, nə də verəcək… Prezident demokratik yolla seçilib”, – deyə o vurğulayıb.
Xatırladaq ki, 6 oktyabrda Yelisey sarayı Fransa Baş naziri Sebasten Lekornunun istefa ərizəsi təqdim etdiyini və Makronun bunu qəbul etdiyini açıqlayıb.
Beləliklə, Sebasten Lekornunun baş nazirlik müddəti ölkə tarixində ən qısa oldu – o, hökumətə cəmi bir aydan da az rəhbərlik edib.
BFMTV telekanalı isə xəbər verib ki, növbəti hökumət formalaşdırma cəhdi uğursuz olsa, Makron məsuliyyəti şəxsən üzərinə götürəcək.
Bizim.Media