Tramp: “Mən TikTok-u xilas etdim, indi gənclər mənə borcludur” - VİDEO

Tramp: “Mən TikTok-u xilas etdim, indi gənclər mənə borcludur” - VİDEO

Hazırda oxunan: Tramp: “Mən TikTok-u xilas etdim, indi gənclər mənə borcludur” - VİDEO

274325

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, TikTok-un xilas olunması onun sayəsində mümkün olub və indi Amerika gənclərinin ona böyük borcu var.

Bizim.Media xəbər verir ki, bu barədə o, yeni TikTok videosunda danışıb.

“Bütün gənclərə müraciət edirəm: Mən TikTok-u xilas etdim. Deməli, siz mənə borclusunuz”, – deyə Tramp Oval kabinetdən müraciətində bildirib. 

O, gənclərə xatırladıb ki, bir gün onlardan biri də bu kresloda oturacaq.

Bu, Trampın ötən ilin noyabrından bəri TikTok səhifəsində paylaşdığı ilk video olub. Ondan əvvəlki video 5 noyabrda – ABŞ prezident seçkiləri günü dərc olunmuşdu.

Xatırladaq ki, 25 sentyabrda Tramp TikTok-un ABŞ-da birgə müəssisənin nəzarətinə keçməsi barədə razılaşmanı təsdiqləyib. Sərəncama görə, artıq TikTok-u ABŞ nümayəndələri idarə edəcək və o, “heç bir xarici rəqibin” nəzarəti altında olmayacaq. Əvvəlki sahibi – ByteDance Ltd. və onun törəmə şirkətlərinə isə sosial şəbəkənin 20 faizdən az payı məxsus olacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO