Avrasiyanın yeni GEOSİYASİ MƏNZƏRƏSİ – ABŞ Çini “dəhlizlər savaşı”nda necə MƏĞLUB EDİR?

Avrasiyanın yeni GEOSİYASİ MƏNZƏRƏSİ – ABŞ Çini “dəhlizlər savaşı”nda necə MƏĞLUB EDİR?

Hazırda oxunan: Avrasiyanın yeni GEOSİYASİ MƏNZƏRƏSİ – ABŞ Çini “dəhlizlər savaşı”nda necə MƏĞLUB EDİR?

274306

Donald Trampın hakimiyyətə gəlişilə ABŞ yendən özünün dünya miqyasında nüfuzunu yüksəltməyə başlayır. Məhz yeni ABŞ adminstrasiyasının fəaliyyətinin nəticəsi olaraq bir sıra münaqişələrə son qoyulub. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi də məhz Vaşinqtonda paraflanıb. Eyni zamanda, Zəngəzur dəhlizilə bağlı mühüm addım da burada atılıb.

Onun nəticəsidir ki, Zəngəzur dəhlizi “Tramp yolu” adlanır.

ABŞ Mərkəzi Asiyada mövqeyini gücləndirir

Digər tərəfdən, ABŞ yenidən qoşunlarını Əfqanıstana qaytarmağa çalışır. Daha doğrusu, burada Çinlə sərhəd ərazidə hərbi baza əldə etmək istəyir.

Eyni zamanda, Orta Asiyada da Vaşinqtonun mövqeləri güclənir. Bu yaxınlarda Vaşinqtonla bir sıra Orta Asiya dövlətləri arasında mühüm strateji sazişlər, iqtisadi müqavilələr imzalanıb.

Bütün bunlar Avrasiyanın geopolitik mənzərəsinin dəyişdiyinə işarədir.

 

Aydın məsələdir ki, sözügedən regionda Çin uzun müddətdir mövqelərini möhkəmləndirməyə çalışır. ABŞ isə son addımları ilə Çinə meydan oxuyur.

 

Digər diqqətçəkən məqam isə sözügedən regionun logisitik əhəmiyyətidir. Belə ki, Çindən Avropaya yüklərin daşınmasında əsas yollardan biri olan Orta Dəhliz məhz Mərkəzi Asiyadan keçir.

Dəhlizlər savaşının qazananı kim olacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, beynəlxalq münasibətlər sistemində hər zaman rəqabət mövcud olub:

“Belə rəqabət bu gün də var. Sabah da olacaq. Çünki nəticə etibarı ilə rəqabət yaxşı mənada inkişafa, pis mənada isə müharibələrə gətirib çıxarır. Ona görə də ümid edək ki, Azərbaycanın da iştirakçısı, təşəbbüskarı olduğu, loqistika imkanları ilə əməkdaşlığı mümkün etdiyi və Böyük İpək yolunun Orta dəhlizi, o cümlədən Zəngəzur dəhlizi inkişaf və rifaha gətirib çıxaracaq”.

Deputatın fikrincə, rəqabət kontekstində hazırda Avrasiya, qlobal Cənub və qlobal Qərbdə strateji mövqe dəyişikliyinə şahidlik edirik:

“Çünki yeni reallıqlar yeni imkanlar yaradır, yeni təhlükəsizlik tədbirlərini zəruri edir. Bu mənada müşahidə edilən maraqlı tendensiyalardan biri də ABŞ-ın yeni status və keyfiyyətdə Mərkəzi Asiyaya, Şərqə dönüşüdür. Bunun da iki ayağı var. Biri ABŞ-ın Yaxın Şərqdə İsrail vasitəsilə yenidən klassik Şərqə qayıdışıdır. Digəri isə yenidən Əfqanıstana dönməklə qlobal Cənub və Türküstan coğrafiyasına qayıtmaq məqsədidir”.

Həmsöhbətimiz düşünür ki, bu coğrafiyanın, Mərkəzi Asiya ilə qlobal Cənub arasında olan coğrafiyanın ən zəif həlqəsi isə Əfqanıstandır:

“ABŞ yenidən Əfqanıstanda möhkəmlənməklə bir növ strateji eleps yaratmağa çalışır. Elepsin bir ucunun Əfqanıstan olmasını nəzərə alsaq, digər ucunu da Yaxın Şərqdə qapatmaq olmaz. Düşünürəm ki, bütün bunlar inkişafa, sabitliyə xidmət edəcəksə, yaxşıdır. Yox, müharibəyə gətirəcəksə, pisdir”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO