BMT-nin Təhsil, Elm və Mədəniyyət üzrə Təşkilatının (UNESCO) növbəti baş direktoru vəzifəsinə yeni təyinat olub.
Bizim.Media xəbər verir ki, UNESCO-nun İcraiyyə Şurası çərçivəsində keçirilən səsvermə nəticəsində 55 səs toplayaraq, bu vəzifəyə misirli Xalid əl-Ənani seçilib.
Qeyd edək ki, Xalid əl-Ənani daha əvvəl Misirin Turizm və Qədim Abidələr naziri vəzifəsində çalışıb və ölkənin mədəni irsinin beynəlxalq miqyasda tanıdılmasında mühüm rol oynayıb.
O, fransalı Odri Azuleni əvəz edəcək.
Bizim.Media