Misirdə İsrail və HƏMAS arasında danışıqlar BAŞLADI

Misirdə İsrail və HƏMAS arasında danışıqlar BAŞLADI

Hazırda oxunan: Misirdə İsrail və HƏMAS arasında danışıqlar BAŞLADI

274233

Misirdə ABŞ-nin vasitəçiliyi ilə HƏMAS və İsrail arasında danışıqlar başlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Məlumata görə, danışıqlarda girovların azad edilməsi məsələsi də müzakirə olunur.

Qeyd edək ki, sentyabrın 29-da ABŞ lideri Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşü zamanı ona Qəzza münaqişəsinin həlli ilə bağlı təklif planını təqdim edib. Netanyahu planla razılaşıb.
 

Oktyabrın 3-də isə HƏMAS hərəkatı Trampın irəli sürdüyü plan əsasında bütün girovları azad etməyə hazır olduğunu bildirib.


Eyni zamanda HƏMAS Qəzza zolağının idarəçiliyinin fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyət orqanına təhvil verilməsinə razı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO