Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov Rusiyanın Əfqanıstana hərbi kontingent göndərməyi planlaşdırmadığını və bu mövzuda ölkə rəhbərliyi ilə danışıqlar aparmadığını deyib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.
Eyni zamanda, Peskov Əfqanıstanla sərhəddə Tacikistana əlavə kontingent göndərilməsinin mümkünlüyünün nəzərdən keçirildiyi sualına birmənalı cavab verməyib.
Peskov əlavə edib ki, ABŞ əsgərləri və müttəfiqləri Əfqanıstandan çıxdıqdan sonra bölgədəki vəziyyət sabitləşəcək. Mətbuat katibi qeyd edib ki, Rusiya hərbçiləri və sərhədçiləri tərəfindən qərar vəziyyətə görə verilə bilər.
Bundan əvvəl mindən çox Əfqan əsgəri Tacikistan ərazisinə daxil olub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:11 / 05.07.2021
Peskov: “Rusiyanın Əfqanıstana əsgər göndərmək planı yoxdur”
Hazırda oxunan: Peskov: “Rusiyanın Əfqanıstana əsgər göndərmək planı yoxdur”
Hazırda oxunan: Peskov: “Rusiyanın Əfqanıstana əsgər göndərmək planı yoxdur”
27421
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.