Putin sabah ad gününü necə KEÇİRƏCƏK?

Putin sabah ad gününü necə KEÇİRƏCƏK?

Hazırda oxunan: Putin sabah ad gününü necə KEÇİRƏCƏK?

274199

Rusiya Prezidenti Vladimir Putin sabah – doğum günündə Təhlükəsizlik Şurasının iclasını keçirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS-a açıqlamasında məlumat verib.

Peskovun sözlərinə görə, prezidentin həmin gün üçün şəxsi planları olsa da, işgüzar tədbirlər də nəzərdə tutulub.
 

“Sabah günün ikinci yarısında prezidentin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ müşavirəsi planlaşdırılıb. Bu görüş daha çox prezidentə təbriklər üçün deyil, gündəlik iş məsələlərinin müzakirəsi məqsədi daşıyır”, — deyə Peskov jurnalistlərə bildirib.


Bundan əlavə, Putin 7 oktyabrda bir neçə beynəlxalq telefon danışığı da aparacaq.

Qeyd edək ki, sabah Vladimir Putinin 73 yaşı tamam olur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO