Mübariz Mənsimov işə çıxdı - ''Artıq yeni səhifə açırıq'' - FOTO

Mübariz Mənsimov işə çıxdı - ''Artıq yeni səhifə açırıq'' - FOTO

Hazırda oxunan: Mübariz Mənsimov işə çıxdı - ''Artıq yeni səhifə açırıq'' - FOTO

27415

“Palmali Şirkətlər Qrupunun Prezidenti Mübariz Mənsimov, ev həbsi üzərindən götürüldükdən sonra ilk gün işə çıxdı”.

Bizim.Media xəbər verir ki, bu barədə “Palmali” Şirkətlər Qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva özünün  feysbuk hesabında yazıb.

Onun sözlərinə görə, əməkdaşlar Mənsimovu şirtkətin girişində alqışla qarşılayıb:

“Mübariz Mənsimov təntənəli qarşılanmanı görüb gülümsədi və ilk sözü "Hayırdı? Hadi, iş başına" oldu. Deyilən qurban kəsildi”

F.Quliyeva qeyd edib ki, Mübariz Mənsimov işə donüşü ilə əlaqədar əməkdaşların qarşısında cıxış edib:

“"Hamınıza tək tək təşəkkürlər. Sizlər bu şirkətin qalasısınız. 350 gün nələr yaşadığınızı bilirəm. Allah sizlərdən razı olsun. Artıq yeni səhifə açırıq. Durmaq yoxdur! Yola davam! Geriyə, keçmişə də baxmadan yalnız irəli gedəcəyik. İnanıram daha yaxşı günlər bizi gözləyir. Sizin hamınızı sevirəm. Bu müddət ərzində çətinliklərə baxmayaraq yanımda qaldığınıza və şirkəti buraxmadığınıza görə sizlərə təşəkkür edirəm. Tam gücümüzlə işə sarılmalı və Palmalinin problemlərini həll etmək üçün əlimizdən gələni etməliyik. Mən inanıram ki, çox qısa bir zamanda biz buna nail olacayıq. Yanımda olan, problemlərə sinə gərən gəmicilərim başda olmaqla hər birinizə təşəkkürlər!" 

Bunları deyərək Palmali Şirkətlər Qrupunun sahibi, xeyriyyəçi iş adamı öz otağına, işinin başına keçdi”.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO