Çin İran neftini almaq üçün GİZLİ RAZILAŞMA imzaladı

Çin İran neftini almaq üçün GİZLİ RAZILAŞMA imzaladı

Hazırda oxunan: Çin İran neftini almaq üçün GİZLİ RAZILAŞMA imzaladı

274119

Çin ABŞ-ın tətbiq etdiyi sanksiyaları aşmaq və beynəlxalq qadağalara baxmayaraq İran neftini almağı davam etdirmək üçün yol tapıb. 

Bizim.Media “The Wall Street Journal” nəşrinə istinadən xəbər verir ki, Çinin böyük sığorta şirkətlərindən birinin iştirakı ilə Çin və İran arasında gizli razılaşma imzalanıb və bu, Pekinə Tehranla iqtisadi əlaqələri saxlamağa imkan verir.

Qeyd edək ki, İran ən iri alıcısı olan Çinə neft tədarükünü davam etdirir və əvəzində Çinin İranda həyata keçirdiyi infrastruktur layihələrindən faydalanır.
 

Bu barter sazişi beynəlxalq bank sistemlərindən və ABŞ sanksiyalarından yayınan gizli maliyyə mexanizmi vasitəsilə mümkün olub. 


Nəşrin məlumatına görə, ötən il bu kanaldan 8,4 milyard dollara qədər vəsait daxil olub və bu pullar Çinin İranda həyata keçirdiyi iri layihələrin maliyyələşdirilməsinə yönəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO