Serbiya Prezidenti Aleksandar Vuçiç beynəlxalq gərginlik fonunda ciddi xəbərdarlıq edib.
Bizim.Media xəbər verir ki, dövlət başçısı müdafiə xərclərinin artmasını yaxınlaşan böyük toqquşmanın əlaməti kimi dəyərləndirib.
“Əgər ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırırsınızsa, bu, çox böyük rəqəmdir. Bu o deməkdir ki, hamı müharibəyə hazırlaşır. Sual isə budur: kim hansı tərəfdə olacaq? Biz müharibədən qaçmaq istəyirik”, – deyə Vuçiç bildirib.
Onun sözlərinə görə, dünya artıq “sülhdən danışmağı dayandırıb”: “Ölkələr səngərlər qazır, hər kəs siqnalı gözləyir. Sülh haqqında danışan qalmayıb”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:59 / 05.10.2025
Vuçiç: “Hamı müharibəyə hazırlaşırsa, deməli, o, doğrudan da olacaq”
Hazırda oxunan: Vuçiç: “Hamı müharibəyə hazırlaşırsa, deməli, o, doğrudan da olacaq”
Hazırda oxunan: Vuçiç: “Hamı müharibəyə hazırlaşırsa, deməli, o, doğrudan da olacaq”
274098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.