Türkiyənin Elazığ vilayətində 3 yaşlı uşağın qida borusundan 19 ədəd maqnit çıxarılıb.
Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, evdə oynayarkən uşağın halı qəfil pisləşib.
Ailəsi onu təcili yardımla Ərzurum Şəhər Xəstəxanasına aparıb.
İlkin müayinədən sonra uşaq təcili yardım helikopteri ilə Elazığdakı Fırat Universitetinin (FÜ) Xəstəxanasına təxliyə olunub.
Müayinələr nəticəsində məlum olub ki, maqnitlər uşağın qida borusuna yapışıb və onu müəyyən qədər zədələyib.
Bundan sonra azyaşlı təcili əməliyyat edilib.
Səhər saatlarında uşağın ümumi vəziyyəti yaxşı olduğundan evə buraxılıb.
Bizim.Media

- A-
- A
- A+
Dünya
23:18 / 05.10.2025
Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı
Hazırda oxunan: Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı
Hazırda oxunan: Türkiyədə 3 yaşlı uşağın qida borusundan 19 maqnit çıxarıldı
274095
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.