Ukraynada keçirilən paradda balaca qızın dünyaya səs salan tamaşasından 4 il ötür - VİDEO

Ukraynada keçirilən paradda balaca qızın dünyaya səs salan tamaşasından 4 il ötür - VİDEO

Hazırda oxunan: Ukraynada keçirilən paradda balaca qızın dünyaya səs salan tamaşasından 4 il ötür - VİDEO

274089

Ukraynada keçirilən paradda balaca qızın dünyaya səs salan tamaşasından 4 il ötür.

Bizim.Media xatırladır ki, 2021-ci il avqustun 25-də Ukraynanın müstəqilliyinin 30 illiyi münasibətilə keçirilən bayram tədbiri zamanı bir qızcığazın iştirakı ilə nümayiş etdirilən performans bütün ölkəni kövrəltmişdi. Həmin an o, əsgərlərə gül gətirmiş, hətta Prezident Volodimir Zelenski də göz yaşlarını saxlaya bilməmişdi.

10 yaşlı o qızcığazın adı Yeseniya Seleznyovadır.

O, Ukrayna Prezident Administrasiyasının hazırladığı layihədə yer almışdı.

Layihəyə əsasən qızcığaz qədim Kiyev dövründən başlayaraq bu günə qədər Ukraynanın tarixini canlandırmışdı.

Sonda isə Müstəqillik Meydanına çıxaraq hərbi kolonun önündə dayanan hərbçilərə doğru qaçmış və gülləri onlardan birinə təqdim etmişdi.


 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO