Aİ liderləri Gürcüstanla bağlı birgə bəyanat yaydılar

Aİ liderləri Gürcüstanla bağlı birgə bəyanat yaydılar

Hazırda oxunan: Aİ liderləri Gürcüstanla bağlı birgə bəyanat yaydılar

274071

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Avropa Komissiyasının genişlənmə üzrə komissarı Marta Kos Gürcüstanda keçirilmiş bələdiyyə seçkiləri ilə bağlı birgə bəyanat yayıblar.

Bizim.Media xəbər verir ki, sənəddə yerli seçkilərin başqa cür düşünənlərin uzun müddət sıxışdırılması fonunda keçirildiyi bildirilib.

Qeyd edilib ki, müxalifətin əhəmiyyətli hissəsinin boykotu səbəbindən seçkilər rəqabətli mühitdə keçirilməyib və seçici fəallığı nisbətən aşağı olub.
 

“Biz seçkilərdən sonrakı dövrdə sakitliyə, təmkinliyə çağırırıq və hakimiyyəti vətəndaşların sərbəst toplaşmaq və ifadə azadlığı hüquqlarına hörmət etməyə çağırırıq. Bütün siyasi qüvvələri və vətəndaş cəmiyyətinin iştirakı ilə konstruktiv və əhatəli dialoq vacibdir və biz bütün tərəfləri zorakılıqdan çəkinməyə çağırırıq”, - bəyanatda deyilir.


Bəyanat müəllifləri, həmçinin Aİ-nin Gürcüstandakı səfirinin rolu ilə bağlı dezinformasiyanı qəti şəkildə rədd edərək qınadıqlarını bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO