Özbəkistanlı qadın özünü Şoyqunun qardaşı qızı kimi təqdim etdi və...

Özbəkistanlı qadın özünü Şoyqunun qardaşı qızı kimi təqdim etdi və...

Hazırda oxunan: Özbəkistanlı qadın özünü Şoyqunun qardaşı qızı kimi təqdim etdi və...

274060

Özbəkistan əsilli bir qadın soyadını dəyişdirərək Şoyqu soyadını götürüb və özünü Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun qardaşı qızı kimi təqdim edərək 100-dən çox moskvalını 200 milyon rubl məbləğində aldadıb.

Bizim.Media xəbər verir ki, bu barədə Mash Telegram kanalı yazıb.

Qadın məşhur soyadın nüfuzundan istifadə edərək insanları onun yaratdığı “birja”ya sərmayə qoymağa inandırıb. Əslində onun adı Şəriyexon Osmanova olub. Fırıldaq sxemini həyata keçirmək üçün sənədləri Şəriyə Şoyqu adına dəyişdirib və moskvalılara sərmayə imkanlarını təbliğ edib. Müştərilərdən ilkin ödəniş təxminən 1,5 milyon rubl tələb olunub.

Vəkil Said Yarahmedov bildirib ki, qadının fırıldağına onlarla moskvalı aldanıb. Onlar pullarını geri almağa çalışanda məlum olub ki, dələduz qadın vəsaitlərlə birlikdə yoxa çıxıb.

Oxşar hadisə Kubanda da baş verib. Eysk şəhərinin sakini investisiya məqsədilə kredit götürüb və avtomobilini girov qoyub, lakin o da fırıldağın qurbanı olub. Ona messencer vasitəsilə guya maliyyə platformasının “meneceri” zəng edərək “birjada sürətli qazanc” təklif edib. Şəhər sakini inanaraq bir ay ərzində pulunu “birja hesabına” köçürüb.

Bu hadisələr insanların asan qazanc vədlərinə aldanaraq maliyyə fırıldaqçılarının qurbanına çevrilməsinin nümunəsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO