Çində "Matmo" tayfunu: Evlər su altında qaldı - VİDEO

Çində "Matmo" tayfunu: Evlər su altında qaldı - VİDEO

Hazırda oxunan: Çində "Matmo" tayfunu: Evlər su altında qaldı - VİDEO

274046

Çində "Matmo" tayfunu nəticəsində Haynan adasının Vençan şəhərində küçələri su basıb.

Bizim.Media "Xinhua" agentliyinə istinadən xəbər verir ki, evlərin və mağazaların birinci mərtəbələri yarım metrədək suyun altında qalıb.

Bəzi rayonlarda elektrik enerjisi və su təchizatında fasilələr yaranıb, məktəblərdə dərslər, hava əlaqəsi və ictimai nəqliyyatın hərəkəti dayandırılıb. Hadisə yerində xilasedicilər işləyirlər.

Çinin Milli Rəsədxanası tayfun səbəbindən qırmızı (ən yüksək) təhlükə səviyyəsini elan edib.
Xatırladaq ki, tayfun səbəbindən təqribən 144 min nəfər təxliyə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO