Ukrayna hərbçiləri Belqorod vilayətinə zərbə endirdi

Ukrayna hərbçiləri Belqorod vilayətinə zərbə endirdi

Hazırda oxunan: Ukrayna hərbçiləri Belqorod vilayətinə zərbə endirdi

274044

Ukrayna hərbçiləri Belqorod vilayətinin 10 yaşayış məntəqəsinə zərbə endiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə bölgə qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, Belqorod şəhərində pilotsuz uçuş aparatı (PUA) çoxmənzilli binanın damında partlayıb.

Şebekino rayonunun Rjevka kəndi iki dəfə atəşə tutulub: yeddi evin pəncərələri qırılıb, dam örtükləri və fasadları zədələnib, altı təsərrüfat tikilisi dağılıb, elektrik xətti qırılıb.
 

Pervoye Tseplyayevo kəndi yaxınlığında PUA hücumu nəticəsində yük avtomobilinin qoşqusu yanaraq məhv edilib.


Belqorod rayonunun Politotdelski qəsəbəsində FPV dronu xidməti avtobusa hücum edib.

Qrayvoron şəhərində dron hücumu nəticəsində iki minik avtomobili zədələnib, Qrayvoron rayonunun Qlotovo kəndində FPV dronunun partlaması nəticəsində üç ev qəlpələrlə zədələnib.

Valuyski rayonunun Leonovka kəndində anbar binasının damı zədələnib.

Volokonovka rayonunun Plotvyanka kəndində FPV dronu bir yaşayış evinin damını deşib.

Konovalovo kəndində PUA hücumu nəticəsində elektrik xətti sıradan çıxıb, bərpa işləri Müdafiə Nazirliyi ilə razılaşdırıldıqdan sonra aparılacaq.

Tişanka kəndində mərmi düşməsi nəticəsində bir fərdi ev tamamilə dağılıb.

Qladkov əlavə edib ki, ilkin məlumata görə, ölən və yaralanan yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO