Ramzan Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi

Ramzan Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi

Hazırda oxunan: Ramzan Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi

274043

Çeçenistan rəhbəri Ramzan Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verilib. Bu ada uyğun “Çeçenistan Respublikasının Qəhrəmanı Qızıl Ulduz” medalı ona respublikanın baş naziri Maqomed Daudov tərəfindən təqdim olunub.

Bizim.Media xəbər verir ki, bu barədə TASS agentliyi yazıb.
 

“Böyük Əhməd-Hacı komandasının təşəbbüsü ilə mən Ramzan Axmatoviç Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı ali adının verilməsi və “Çeçenistan Respublikasının Qəhrəmanı Qızıl Ulduz” medalının təqdim olunması barədə fərmanı imzaladım”, – deyə Daudov bildirib.


Qeyd olunur ki, Kadırov bu ada dövlət qarşısında göstərdiyi böyük xidmətlərə, xalqa sədaqətli xidmətinə, şəxsi igidliyinə, Çeçenistanın sosial-iqtisadi inkişafı və çiçəklənməsi naminə uzunillik dövlət və ictimai fəaliyyətinə görə layiq görülüb.

Xatırladaq ki, 19 sentyabrda Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putinin bütün istiqamətlərdə köməkçisi və sadiq silahdaşı olduğunu bəyan etmişdi. Bu sözləri o, özünü “Putinin piyada əsgəri” adlandırmasının səbəbi ilə bağlı jurnalistin sualına cavab olaraq söyləmişdi.

Bundan əvvəl Kadırov bildirmişdi ki, sərt idarəçilik üslubu respublika çətin dövr keçirdiyi vaxt zəruri idi.

Onun sözlərinə görə, Çeçenistanda hər bir məmur “öz yerindədir”. O vurğulayıb ki, terrorizm üzərində qələbədən sonra belə tədbirlərə ehtiyac qalmayıb, çünki “bu gün sistem saat kimi işləyir”. Hazırda respublikanın rəhbərliyi bölgənin inkişafı və gələcək planların qurulması ilə məşğuldur, – deyə Kadırov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO