Ukrayna bu gecə dronlarla Rusiyaya HÜCUM ETDİ

Ukrayna bu gecə dronlarla Rusiyaya HÜCUM ETDİ

Hazırda oxunan: Ukrayna bu gecə dronlarla Rusiyaya HÜCUM ETDİ

273997

Son gecə ərzində Rusiyanın müxtəlif regionları üzərində hava hücumundan müdafiə vasitələri Ukrayna Silahlı Qüvvələrinə məxsus 32 pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi yayıb.

Məlumata görə, onlardan 11-i Belqorod vilayəti, 11-i Voronej vilayəti, 5-i Nijni Novqorod vilayəti üzərində vurulub.

Həmçinin bir PUA Bryansk, Kursk, Tula və Tambov vilayətləri üzərində, daha biri isə Mordoviya Respublikasının ərazisi üzərində məhv edilib.
 

Bundan bir gün əvvəl Ukrayna PUA-sı qondarma Donetsk Xalq Respublikasının (DXR) Makeyevka şəhərində üç dinc sakinə hücum edib. 1982-ci il təvəllüdlü qadını xilas etmək mümkün olmayıb. Daha bir qadın və bir kişi yaralanıb.


Bundan əvvəl də Ukrayna Silahlı Qüvvələrinin qondarma DXR-in Qorlovka şəhərinə hücumu nəticəsində iki nəfər xəsarət almışdı. Şəhərin meri İvan Prixodko bildirib ki, şəhər mərkəzində bir qadın, yaşayış massivinə edilən hücum nəticəsində isə başqa bir sakin yaralanıb. Yaralıların vəziyyəti barədə əlavə məlumat verilməyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO