HƏMAS və İsrail arasında danışıqlar BU TARİXDƏ başlayacaq

HƏMAS və İsrail arasında danışıqlar BU TARİXDƏ başlayacaq

Hazırda oxunan: HƏMAS və İsrail arasında danışıqlar BU TARİXDƏ başlayacaq

273980

Oktyabrın 6-da Misirdə HƏMAS və İsrail nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə Misirin Xarici İşlər Nazirliyi məlumat yayıb.
 

Məlumata görə, tərəflər ABŞ Prezidenti Donald Trampın Qəzza planına uyğun olaraq israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi üçün şərait yaradılmasını müzakirə edəcəklər.


Qeyd edək ki, sentyabrın 29-da ABŞ lideri Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşü zamanı ona Qəzza münaqişəsinin həlli ilə bağlı təklif planını təqdim edib. Netanyahu planla razılaşıb.

Oktyabrın 3-də isə HƏMAS hərəkatı Trampın irəli sürdüyü plan əsasında bütün girovları azad etməyə hazır olduğunu bildirib.

Eyni zamanda HƏMAS Qəzza zolağının idarəçiliyinin fələstinli texnokratlardan ibarət müstəqil hakimiyyət orqanına təhvil verilməsinə razı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO