“İranda hicaba görə daha heç bir cəza olmayacaq”

“İranda hicaba görə daha heç bir cəza olmayacaq”

Hazırda oxunan: “İranda hicaba görə daha heç bir cəza olmayacaq”

273946

“Bundan sonra İranda məcburi hicab taxmaq qadağasını icra etməyə ehtiyac yoxdur”.

Bizim.Media xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.

Bildirilib ki, bu sözləri İran Məsləhət Şurasının üzvü Məhəmmədrza Bahonər deyib.

O qeyd edib ki, qanunun icrası artıq hüquqi nöqteyi-nəzərdən mümkün deyil və bu artıq heç bir cəza tədbiri ilə nəticələnməyəcək:
 

“Hicab taxmaq məsələsi ilə bağlı daha heç bir cəza, cərimə və qanuni tədbir görülməyəcək. Bu, polislərə də bəyan edilsin”.


Qeyd edək ki, bir müddət öncə İran Prezidenti Məsud Pezeşkian da həmin qanuna münasibət bildirərək demişdi ki, zorla heç bir nəticə əldə edilə bilməz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO