ABŞ-ın Missuri ştatında 47 yaşlı ana 16 yaşlı oğlunu amansızlıqla qətlə yetirib.
Bizim.Media xarici mediaya istinadla bildirir ki, polislər evdə oğlanın meyitini yataqda odlu silah yarası və bıçaq xəsarətləri ilə aşkarlayıblar.
Krista Roy istintaqa etiraf edib ki, əvvəlcə oğluna atəş açıb, sonra isə bir neçə dəfə bıçaqlayıb. Bu müddət ərzində yaralı yeniyetmə anasından dayanmağı və ona kömək etməyi xahiş edib. Roy isə bildirib ki, guya “onu əzabdan qurtarmaq” istəyib.
Hazırda qadın saxlanılıb və ona qəsdən adam öldürmə ittihamı irəli sürülüb. O, məhkəməyə qədər həbsdə saxlanılır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:53 / 04.10.2025
Ana 16 yaşlı oğlunu "əzabdan qurtarmaq üçün" öldürdü
Hazırda oxunan: Ana 16 yaşlı oğlunu "əzabdan qurtarmaq üçün" öldürdü
Hazırda oxunan: Ana 16 yaşlı oğlunu "əzabdan qurtarmaq üçün" öldürdü
273923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.