Qırğızıstanda ölüm cəzasının bərpası məsələsi referenduma çıxarıla bilər

Qırğızıstanda ölüm cəzasının bərpası məsələsi referenduma çıxarıla bilər

Hazırda oxunan: Qırğızıstanda ölüm cəzasının bərpası məsələsi referenduma çıxarıla bilər

273905

Qırğızıstan Prezidenti Sadır Japarov, ölkədə ölüm cəzasının bərpası ilə bağlı məsələnin ümumxalq səsverməsi – referendum yolu ilə həll edilə biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, dövlət başçısı bu barədə “Kabar” informasiya agentliyinə verdiyi müsahibədə danışıb.
 

Prezidentin sözlərinə görə, ölkə konstitusiyasına dəyişiklikləri nəzərdə tutan qanun layihəsi əvvəlcə ictimai müzakirəyə çıxarılacaq. Daha sonra isə Konstitusiya Məhkəməsi layihə ilə bağlı rəy verəcək. Əgər prosedurlar uyğun keçərsə, qanun layihəsi referendum yolu ilə qəbul oluna bilər.


“Hazırda Qırğızıstanda ölüm cəzası qadağandır və hər bir insanın yaşamaq hüququ var. Amma əgər əhalinin əksəriyyəti bu dəyişikliyi dəstəkləyərsə, yenidən seçiləcək Joqorku Keneş (Parlament) beynəlxalq müqavilələrdən çıxmaq və mövcud əmək qanunvericiliyinə və digər qanunlara dəyişiklik etmək üçün zəruri qanunları qəbul etməlidir”, - Japarov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO