Ruslar Ukraynada İES-ə zərbə endirdilər, ərzazidə yanğın başlayıb - FOTO

Ruslar Ukraynada İES-ə zərbə endirdilər, ərzazidə yanğın başlayıb - FOTO

Hazırda oxunan: Ruslar Ukraynada İES-ə zərbə endirdilər, ərzazidə yanğın başlayıb - FOTO

273838

Rusiya silahlı qüvvələri Kramatorskda İstilik Elektrik Stansiyasına (İES) zərbə endirib,

Bizim.Media xəbər verir ki, ərazidə partlayışlar baş verib və güclü yanğın başlayıb.

Həmçinin bir neçə yaşayış məntəqəsində isə işıqlar sönüb.

Donetsk Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkinin məlumatına görə, elektrik enerjisinin verilişində kəsintilər Slavyansk, Drujkivka, Konstantinovka və Kramatorskun bir hissəsində qeydə alınıb.

Partlayışlar həmçinin Sumı vilayətində də müşahidə olunub, Ukraynanın bir sıra vilayətlərində hava həyəcanı elan edilib.

Xatırladaq ki, son günlər Rusiya qoşunları Ukraynanın energetika infrastrukturuna aktiv hücumlar həyata keçirir.
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO