Britaniya kəşfiyyatına bu qadın rəhbərlik EDƏCƏK

Britaniya kəşfiyyatına bu qadın rəhbərlik EDƏCƏK

Hazırda oxunan: Britaniya kəşfiyyatına bu qadın rəhbərlik EDƏCƏK

273688

Blaze Metreveli Britaniyanın Xarici Kəşfiyyat Xidməti - Mİ6-nın rəhbəri vəzifəsinə təyin edilib.

Bizim.Media “The Times”a istinadla xəbər verir ki, o, bu vəzifəni tutan ilk qadın olub.
 

48 yaşlı Metreveli 1909-cu ildə yaradılan, ancaq 1994-cü ildə rəsmi olaraq tanınan Mİ6-nın tarixində 18-ci və ən gənc rəhbər olub.


Xidmətin rəhbəri 1999-cu ildə xarici kəşfiyyatda işləməyə başlayıb. Metreveli vaxtının çox hissəsini Yaxın Şərqin müxtəlif yerlərində keçirib və ərəb dilini mükəmməl bilir.

Nəşrin məlumatına görə, Metreveli təyinatından sonra əsas diqqətini Britaniyanın Yaxın Şərqdə təsirini bərpa etməyə yönəldəcək. O, həmçinin sosial media vasitəsilə kəşfiyyat xidmətini daha açıq və şəffaf etməyi planlaşdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO