Putin: “Rusiya Qəzza ilə bağlı Trampın nizamlanma təklifini dəstəkləməyə hazırdır”

Putin: “Rusiya Qəzza ilə bağlı Trampın nizamlanma təklifini dəstəkləməyə hazırdır”

Hazırda oxunan: Putin: “Rusiya Qəzza ilə bağlı Trampın nizamlanma təklifini dəstəkləməyə hazırdır”

273678

“Rusiya ABŞ prezidenti Donald Trampın Qəzza sektorundakı münaqişənin həlli ilə bağlı irəli sürdüyü təklifi dəstəkləməyə hazırdır”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Valday Klubunun Plenar iclasında bildirib.

Onun sözlərinə görə, bu plan İsrail və Fələstin arasında “iki dövlət” həllinə gətirib çıxara bilər. Lakin hələlik İsrail hökumətinin Trampın irəli sürdüyü plana reaksiyası məlum deyil.
 

Rusiya lideri bildirib ki, Qəzzadakı böhranın həllinə dair planın fələstinlilər, HƏMAS və bütün İslam dünyası tərəfindən dəstəklənməsi vacibdir. O, bölgədəki vəziyyəti “insanlığın müasir tarixində dəhşətli hadisələr” kimi xarakterizə edib.


Bundan əlavə, Putin vurğulayıb ki, Qəzza sektorunun idarəçiliyi Fələstin rəhbəri Mahmud Abbasın administrasiyasına və ya yerli milis qüvvələrinə verilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO