“Qərbin sanksiyaları şəraitində yaşamağı öyrənmişik” - Belarusun Baş naziri 

“Qərbin sanksiyaları şəraitində yaşamağı öyrənmişik” - Belarusun Baş naziri 

Hazırda oxunan: “Qərbin sanksiyaları şəraitində yaşamağı öyrənmişik” - Belarusun Baş naziri 

27362

Belarusun Baş naziri Roman Qolovçenko jurnalistlərə açıqlamasında hökumətin Qərb sanksiyaları kontekstində milli iqtisadiyyat üçün bir plan hazırladığını deyib. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Belarusiya-1” telekanalı yayıb. 

"Belarus hökuməti Qərbin tətbiq etdiyi sanksiyalar şəraitində bir plana sahibdir. Daha sərt iş şəraiti ölkəmizi sürətlə irəliləməyə, yeni bazarlara aktiv çıxmağa məcbur edəcək", deyə o, qeyd edib. 

Hökumət başçısının sözlərinə görə, dəqiq fəaliyyət planı hazırlamaq ehtiyacı bir növ "stimullaşdırıcı və motivasiyaedici amil" halına gəlib. 

Belarusun Avropa maliyyə qurumları ilə onsuz da təsdiqlənmiş bir sıra ortaq layihələrinin gələcək taleyinə gəlincə, Qolovçenko deyib ki, geri çəkilməsələr belə, bu, Belarus iqtisadiyyatına mənfi təsir göstərməyəcək: “Biz bu mənbələri necə əvəz edəcəyimizi bilirik”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO