ChatGPT dünyanın ən bahalı startapına çevrildi

ChatGPT dünyanın ən bahalı startapına çevrildi

Hazırda oxunan: ChatGPT dünyanın ən bahalı startapına çevrildi

273606

Amerika şirkəti OpenAI dünyanın ən bahalı özəl şirkəti olub.

Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

ChatGPT-nin yaradıcı şirkəti 500 milyard dollar dəyərində qiymətləndirilib.
 

Yeni qiymətləndirmə o vaxt qeydə alınıb ki, OpenAI-nin keçmiş və hazırkı əməkdaşları şirkətin 6,6 milyard dollarlıq səhm paketini investorlarına satıblar. Alıcılar arasında Thrive Capital, SoftBank Group, Dragoneer Investment Group, MGX və T. Rowe Price olub.


Bu sövdələşmə nəticəsində OpenAI-nin bazar dəyəri əvvəlki — 300 milyard dollarlıq səviyyədən xeyli yüksəlib. Həmin qiymətləndirmə 2025-ci ilin əvvəlində SoftBank tərəfindən keçirilən maliyyələşdirmə raundu zamanı qeydə alınmışdı.

Bundan öncə dünyanın ən bahalı özəl şirkəti İlon Maskın “SpaceX” şirkəti hesab olunurdu. Onun dəyəri 400 milyard dollar civarında qiymətləndirilir.

OpenAI hazırda süni intellekt texnologiyalarının hazırlanmasında dünyanın aparıcı şirkətlərindən biridir.

Şirkət bu ilin mayında bildirib ki, kommersiya şirkətinə çevrilməyəcək və qeyri-kommersiya təşkilatının idarəsi altında qalacaq. Lakin hazırda, Bloomberg-in yazdığına görə, OpenAI Microsoft ilə daha ənənəvi kommersiya şirkətinə çevrilmək barədə danışıqlar aparır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO