Fransadan Kremlə gözlənilməz ZƏRBƏ – Avropa-Rusiya müharibənin ASTANASINDA

Fransadan Kremlə gözlənilməz ZƏRBƏ – Avropa-Rusiya müharibənin ASTANASINDA

Hazırda oxunan: Fransadan Kremlə gözlənilməz ZƏRBƏ – Avropa-Rusiya müharibənin ASTANASINDA

273599

Xəbər verdiyimiz kimi, Fransa Rusiyanın Avropa ölkələrinə dron hücumunda istifadə etdiyi gəmini ələ keçirib.

Fransa mətbuatının yazdığına görə, Fransa hərbçiləri tankeri yoxlayıblar. Sözügedən tanker Rusiyanın “kölgə donanması” ilə əlaqəli olmaqda, Avropada baş verən son PUA hücumlarında “süni platforma” kimi istifadə olunmaqda şübhəli bilinir. Yoxlama nəticəsində gəminin kapitanı və birinci zabiti saxlanılıb.

Hələlik gəminin PUA hücumlarında istifadə olunmasına dair rəsmi sübut təqdim edilməyib. Lakin istintaq bu istiqamətdə davam edir.

Fransa Prezidenti Emmanuel Makron da istintaqa dəstək verib və bildirib ki, “Boracay” tankeri gizli Rusiya neft şəbəkəsinə bağlı ola bilər.
 

Qeyd edək ki, son zamanlar Rusiya-Ukrayna müharibəsi fonunda Moskva ilə Avropa arasında da ciddi gərginlik yaşanmaqdadır. Rusiya Polşa və Rumıniya ərazisinə PUA hücumları həyata keçirdi. Ardınca rus qırıcıları Estoniya hava məkanına daxil oldular. Daha sonra Norveç və Danimarka ərazilərində naməlum dronların hərəkəti müşahidə edildi. Buna cavab olaraq NATO-ya üzv Avropa ölkələri Moskvanın aqressiv addımlarını cavabsız qoymayacaqlarını bəyan etdilər. Bu fonda Fransa Rusiyanın Avropa ölkələrinə dron hücumunda istifadə etdiyi gəmini ələ keçirir.

  

Bir sözlə, hadisələrin gedişi Rusiya ilə Qərb arasında toqquşmanı da qaçılmaz edə bilər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında AVP sədri Fəzail Ağamalı bildirdi ki, tərəflər arasında gərginlik davam edəcək, ancaq onun müharibə mərhələsinə keçəcəyi inandırıcı görünmür:

“Çünki bu dünyanın məhvinə gətirib çıxaracaq bir müharibə ola bilər. Avropa ilə Rusiya arasında gərginlik hələ davam edəcək. Hətta bu hadisədən sonra mövcud gərginlik bir qədər daha kəskin xarakter daşıya bilər. Ancaq bütün hallarda prosesin eskalasiya, müharibə mərhələsinə keçəcəyinə o qədər də inanmıram”.

Bununla belə, həmsöhbətimiz Putinin timsalında hər şeyin mümkün olduğunu da istisna etmədi:

“Çünki onun hərəkətlərini proqnozlaşdırmaq çox çətindir. O, özünü çox aqressiv aparır, dünya jandarmı rolunu oynayır. Heç bir reallığı nəzərə almır. Ona görə Rusiya hər şeyə gedə bilər. Bu baxımdan Avropa olduqca ehtiyatlı hərəkət edir. Amerika öz fəaliyyətini artırmalıdır ki, nəhayət hansısa bir formada Rusiya dayansın”.

Rüfət Sultan, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO