Bir illik fasilədən sonra Gürcüstan və Türkiyə paytaxtları arasında birbaşa aviareyslər bərpa olunub.
Bizim.Media xəbər verir ki, Türkiyənin “Ajet” aviaşirkəti artıq Ankaradan Tbilisi beynəlxalq hava limanına ilk 150 sərnişini gətirib.
“TAV Georgia”dan bildirilib ki, Ankara-Tbilisi-Ankara marşrutu üzrə uçuşlar həftədə 4 dəfə, hər bazar ertəsi, çərşənbə axşamı, cümə axşamı “Boeing 737-800” və “Airbus 320/321” təyyarələri ilə həyata keçiriləcək.
Tbilisiyə gələn sərnişinlər arasında “Ajet”in baş direktoru Kerem Sarpi, Türkiyənin Gürcüstandakı səfiri Arçil Kalandia, həmçinin hava limanı və “Ajet” rəhbərləri də olub.
Tbilisiyə ilk uçuşdan əvvəl Ankara Esenboğa Beynəlxalq Hava Limanında rəsmi mərasim keçirilib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
13:24 / 02.10.2025
Ankara-Tbilisi aviareysi bərpa olundu
Hazırda oxunan: Ankara-Tbilisi aviareysi bərpa olundu
Hazırda oxunan: Ankara-Tbilisi aviareysi bərpa olundu
273570
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.