Almaniya kansleri Fridrix Merts dünən Kopenhagendə keçirilən Avropa İttifaqı sammitində Macarıstanın baş naziri Viktor Orbanı kəskin tənqid edib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Bloomberg agentliyi mənbələrə istinadla yayıb.
Məlumata görə, mübahisə Aİ-nin öz müdafiəsini necə təmin edə biləcəyi və Ukraynaya dəstəyin göstərilməsi ilə bağlı müzakirələr zamanı baş verib.
“Fridrix Merts Avropa İttifaqı liderlərinin Kopenhagendəki görüşündə Viktor Orbana hücum edərək onu blokun təhlükəsizlik məsələlərinin müzakirəsini pozmaqda günahlandırıb”, – deyə xəbərdə bildirilir.
Nəşrin yazdığına görə, bu qarşıdurma Aİ-də Orbandan narazılığın növbəti göstəricisi olub. Bloomberg xatırladır ki, Macarıstan baş naziri dəfələrlə Rusiyaya qarşı sanksiyaları ləngitmək üçün veto hüququndan istifadə edib və Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxıb.
Sammitə yola düşməzdən əvvəl Viktor Orban bəyan etmişdi ki, Kopenhagendəki qeyri-rəsmi görüşdə onu “qəfəs döyüşü” gözləyir, çünki digər ölkələr mütəmadi olaraq Budapeştə Ukrayna məsələsində təzyiq göstərirlər.
Bizim.Media

- A-
- A
- A+
Dünya
12:27 / 02.10.2025
Merts və Orban Aİ sammitində mübahisə etdilər
Hazırda oxunan: Merts və Orban Aİ sammitində mübahisə etdilər
Hazırda oxunan: Merts və Orban Aİ sammitində mübahisə etdilər
273557
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.