ABŞ müdafiə naziri Pit Hegset bəyan edib ki, öz vəzifəsi dövründə orduda “artıq çəkili generalların” olmasını istəmir.
Bizim.Media xəbər verir ki, bu barədə o, Virciniya ştatında, Kvantiko dəniz piyada bazasında çıxışı zamanı danışıb.
Tədbirdə müxtəlif ölkələrdən çağırılan 800-dən çox general və admiral iştirak edib.
Hegset bəzi yüksək rütbəli zabitlərin fiziki hazırlığını tənqid edərək vurğulayıb ki, “Pentaqon dəhlizlərində artıq çəkili general və admiralın olması tamamilə yolverilməzdir”.
Nazir bildirib ki, bir sıra komandirlər “səhv mədəni prioritetlərə üstünlük verdiklərinə görə” vəzifədən azad olunub və yaxın vaxtlarda komandanlıq heyətində yeni dəyişikliklər gözlənilir.
Pentagon rəhbəri həmçinin amerikalı siyasətçiləri də tənqid edərək qeyd edib ki, onlar ordunu “yanlış məsələlərə” fokuslanmağa məcbur edirlər. Onun fikrincə, bu da silahlı qüvvələrin döyüş qabiliyyətini zəiflədir.
Hegset ABŞ ordusunun struktur islahatları üçün 10 bəndlik plan təqdim edib. Burada xüsusi olaraq qeyd olunub ki, fiziki hazırlıq testləri yalnız kişilər üçün nəzərdə tutulan standartlarla keçiriləcək, hərbi qulluqçuların zahiri görünüşünə ciddi riayət olunacaq:
“Peşəkarlığa uyğun olmayan görünüş dövrü başa çatdı. Artıq saqqallı kişilərə yer yoxdur”, – deyə o bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:28 / 02.10.2025
ABŞ müdafiə naziri Pit Hegset: “Orduda artıq çəkisi olan generallara yer yoxdur”
Hazırda oxunan: ABŞ müdafiə naziri Pit Hegset: “Orduda artıq çəkisi olan generallara yer yoxdur”
Hazırda oxunan: ABŞ müdafiə naziri Pit Hegset: “Orduda artıq çəkisi olan generallara yer yoxdur”
273536
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.